Rəsmi Tehran hələ də ABŞ ilə dolayı danışıqların növbəti raundunda iştirak edib-etməməyi nəzərdən keçirir.
"Report" “Tasnim”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
"Biz danışıqların növbəti raundunda iştiraka dəyib-dəymədiyini qiymətləndiririk", - o qeyd edib.