Mingəçevirdə 3 otaqlı ev yanıb.

Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.