Göyçayda bıçaqlanma hadisəsi baş verib.

Sizinxeber.az-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bığır kəndinin ərazisində qeydə alınıb.

Kənd sakini 1973-cü il təvəllüdlü Şaiq Salmanov münaqişə zəminində qohumu 1961-ci il təvəllüdlü Nazir Salmanova bıçaqla xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir.