AFFA fevralın 22-23-də aşağı yaş qrupları üzrə liqalarda keçiriləcək oyunları təxirə salıb.

Bu barədə "Sizinxeber.az"a milli assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bütün zonalar üzrə planlaşdırılan U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 Liqalarının matçları hava şəraiti ilə əlaqədar təxirə salınıb.