Kürdəmirdə ev yanıb.

Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonunun Şahsevən kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konsturuksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.