Ermənistanın sabiq fövqəladə hallar naziri Andranik Piloyana hökm oxunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistanın Antikorrupsiya Məhkəməsi sabiq naziri 4 il 5 ay azadlıqdan məhrum edib.
Xatırladaq ki, Piloyan 31 mart 2022-ci ildə həbs edilib. O, rüşvət almaqda və nazirlikdəki vəzifələri satmaqda ittiham edilirdi.