Sumqayıt şəhərində iki nəfər bıçaqlanıb.
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, şəhərin 76-cı məhəllə ərazisində 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Zahir Novruz oğlu bıçaqlanıb.
Ceyhun Xəlifzadə xəstəxananın qarşısında keçinib, digər yaralı tibb müəssisəsinə yerləşdirilib və müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
23:54
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.
“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində qeydə alınıb.
Bıçaq yaraları alan 1997-ci il təvəllüdlü Xəlifzadə Ceyhun Əşrəf oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. O, tibb müəssisəsinin qarşısında ölüb.
Faktla bağlı araşdırma aparılır.