Bakıda naməlum şəxs tərəfindən azyaşlının təqib edilməsilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı Sizinxeber.az-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin şəxs – 14 yaşlı yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla əməldə hər hansı kriminal tərkib müəyyən olunmayıb.
Məktəbli yeniyetmələr arasında narazılığa səbəb olan halların aradan qaldırılması üzrə polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

12.37

Vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib.

Bu barədə Sizinxeber.az-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məlumat verib.

Qeyd olunub ki, məsələ ilə bağlı ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək.