İsmayıllıda avtomobil qəzası olub.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə İsmayıllı-Qaraməryəm avtomobil yolunda, Quşencə kəndi ərazisində baş verib. “Mercedes” markalı avtomobil yoldan çıxaraq agaca çırpılıb. Hadisə nəticəsində sürücü 1997-ci il təvəllüdlü Manafov Məhəmməd Azər oğlu və sərnişini 1997-ci il təvəllüdlü Fərmanlı Qorxmaz Kənan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.