Türkiyə Super Liqasında IX tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün turun 4 oyunu baş tutub.

Lider "Qalatasaray" "Antalyaspor"un qonağı olub. "Sarı-qırmızılar" Mauro İkardinin dublu və Viktor Osimhenin qolu ilə inamlı qələbə qazanıb.