Ermənistanın paytaxtı İrəvanda polisə 74 yaşlı kişinin 9 yaşlı qızı zorlaması barədə məlumat daxil olub.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə “Shamshyan.com” xəbər verib.

Sakinlər 74 yaşlı M.K.-nın azyaşlıya qarşı seksual xarakterli hərəkətlər etdiyini bildiriblər.

Faktla bağlı Malatiya polis idarəsində sənədlər tərtib edilib. Şübhəli şəxs İstintaq Komitəsinin Yerevan Şəhər İstintaq İdarəsinin Malatiya-Sebastiya inzibati regionu üzrə istintaq şöbəsinə təhvil verilib.

Təfərrüatlar açıqlanmır.