Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

"Sizinxeber.az" xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq.

I turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.