Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. “Ford Transit” markalı avtomobillə “Mercedes Atego” markalı yük avtomobili toqquşub. Nəticədə “Ford” da olan sərnişin 1967-ci il təvəllüdlü Elşad Fərəcov ağır xəsarətlər alıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onum həyatını xilas etmək mümkün olmayıb.

Fakt araşdırılır.