Türkiyə xalqın təhlükəsizliyinə təhdid yaradan ünsürlərə qarşı mübarizədən çəkinməyəcək.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Konyada çıxışı zamanı deyib.

O bildirib ki, bunun üçün müxtəlif istiqamətlərdə işlər görülür, islahatlar aparılır.

Y.Tunç bu yöndə görülən əsas işlərdən biri kimi ölkədə hüquq üzrə təhsilin keyfiyyətinin gücləndirildiyini qeyd edib.