Gəncədə 18 yaşlı gənc qadın bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini Aygün Əmiraslamova bıçaq xəsarəti ilə xəstəxanaya yerlışdirilib.

Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, onu keçmiş həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdaşırının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.