Türkiyə nüvə enerjisi tədarük etmək istəyir.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankarada Ərəb Dövlətləri Liqasının toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, bu, Türkiyənin əsas prioritetlərindəndir: "Bu, qarşıdakı illər üçün nəzərdə tutulmuş hədəflərdəndir. Hazırda işlər davam edir”.