İsmayıllı rayon Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib.

“Report” xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində C.Surxayev dörd ay müddətinə həbs edilib.

Qeyd edək ki, o ötən gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onunla birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanovun da tutularaq istintaqa cəlb olunub.