Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin ekspertləri bu obyektlərdə vəziyyəti nüvə təhlükəsizliyi baxımından qiymətləndirmək üçün yaxın vaxtlarda Ukrayna ərazisindəki AES-lərin bir neçə yarımstansiyasına baş çəkəcəklər.

APA xəbər verir ki, bu barədə “BELTA” məlumat yayıb.

Bildirilib ki, atom elektrik stansiyalarının təhlükəsiz istismarı elektrik şəbəkəsinə sabit və etibarlı qoşulmasından asılıdır.