Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunun ərazisində, Qara Qarayev küçəsində yerləşən ticarət obyektinin arxasındakı köməkçi tikilidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Emin Şirvanzadə