Xaçmazda külək ağacı aşırıb, kəndlər elektriksiz qalıb

Güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, Nərəcan kəndində irigövdəli ağac kafenin üzərinə aşıb. Nəticədə kafeye ziyan dəyib. Ağac ərazidən götürülənə qədər Xudat-Xaçmaz yolunda tıxac yaranıb.

Güclü külək səbəbindən bir sıra kəndlərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.