Çində məktəb avtobusu qəza törədib, 11 nəfər ölüb, 13 nəfər yaralanıb.
Bu barədə “Xinhua” məlumat yayıb.
Çinin şərqindəki Şandun əyalətinin Tayan şəhərində sürücünün məktəb avtobusunu məktəbin qarşısında izdihamın üzərinə sürməsi nəticəsində 5-i şagird olmaqla, 11 nəfər ölüb, 13 nəfər müxtəlif xəsarətlər alıb.
Sürücü saxlanılıb.
Araşdırma aparılır.
***
07:44
Çinin Şandun əyalətinin şərqindəki Tayan şəhərində məktəbin qarşısında avtobusun iştirakı ilə baş verən qəzada ən azı 10 uşaq ölüb və ya yaralanıb.
APA xəbər verir ki, bu baradə “Xinhua” agentliyi məlumat yayıb.
Bildirilir ki, məktəb avtobusu gözlənilmədən yolun kənarı ilə təhsil müəssisəsinə gedən şagirdlərin üzərinə çıxıb.
Agentlik ölən və yaralananların sayı barədə hələlik dəqiq məlumat verməyib. Hadisənin səbəbləri açıqlanmır.