Tovuzda zəncirvari qəzada xəsarət alanların sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəzaya baxan bir neçə nəfəri hərəkətdə olan digər avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.


***
20:50


Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.