Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.

Hərəkətdə olan iki "VAZ-2107" ilə "Toyota" və "VAZ-21011" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.