Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə və Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə təyinat olub.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Kino Agentliyinin Hüquq və insan kapitalının idarə edilməsi şöbəsinin müdiri vəzifəsinə Orxan İsgəndərov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini vəzifəsinə isə Seymur Hüseynov təyin edilib.

Hər iki şəxs dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləridir.