Naxçıvan şəhərində İraq və Suriyadakı türkman irsi müzakirə olunub.

"Report"un yerli bürosu xəbər verir ki, müzakirə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT Platforması ilə türkman vətəndaş cəmiyyəti nümayəndələri arasında keçirilən əməkdaşlıq görüşü çərçivəsində baş tutub.

Görüş TDT ölkələri QHT-lərinin Platformasının sədri, Milli Məclisin deputatı Azər Allahverənov, Suriya parlamentinin Hələbdən seçilmiş deputatıTarık Sülo Cevizcinin, "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev, Kərkük Vilayət Məclisinin (İraq) üzvü Əhməd Rəmzi, Türkməneli Alimlər Təşkilatının sədri Nəbil Şahin Kifrili, Kərkük Birliyi Strateji Araşdırmalar Mərkəzi İdarə Heyətinin üzvü Məhəmməd Şeyxlər, yazıçı, Türkman Düşüncə Hərəkatının rəhbəri Eyhem Çamur, həmçinin yerli QHT nümayəndələri iştirak ediblər.

Görüşdə türk dövlətləri ilə türkman vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, ortaq layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsinin təşviqi və türk dünyasının birliyinin daha da möhkəmləndirilməsi məsələlərinə toxunulub.