İspaniyanın "Real" klubu Portuqaliya millisinin futbolçusu Bernardu Silvanı heyətinə qatıb.

"Report" xəbər verir ki, bu barədə Madrid təmsilçisi məlumat yayıb.

31 yaşlı vingerin müqaviləsinin müddəti 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Xatırladaq ki, Bernardu Silva son olaraq İngiltərədə "Mançester Siti"nin formasını geyinib.