Moldova parlamenti iclaslar zamanı rus dilindən istifadəni məhdudlaşdırıb.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Bildirilib ki, yeni prosessual qaydalar çıxışlar üçün vaxt məhdudiyyətləri müəyyən edərək parlamentdə rumın dilini işçi dil elan edib.
Qeyd edək ki, əvvəllər rus dili millətlərarası ünsiyyət dili kimi təsnif edilirdi və sənədlər mütəmadi olaraq rus dilinə tərcümə olunurdu.