Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sizinxeber.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə sənətkarın oğlu Ayxan İslamzadə deyib.

O bildirib ki, atası təxminən yarım saat əvvəl ürək əməliyyatı olunub:

"Atamın ürəyinə stent qoyulub. Hazırda xəstəxananın reanimasiya şöbəsindədir. Bu gün qəfil vəziyyəti pisləşdiyi üçün təcili yardımla xəstəxanaya çatdırıldı".

Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.