İranla razılaşma əldə olunsa, “Güclü qəzəb” əməliyyatı sona çatacaq.

Sizinxeber.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“İran razılaşdırılanları yerinə yetirməyi qəbul etsə - bu, bəlkə də böyük bir fərziyyədir - əfsanəvi “Güclü qəzəb” əməliyyatı sona çatacaq”, - o bildirib.

Tramp həmçinin əlavə edib ki, Hörmüz boğazının blokadası da başa çatacaq və boğaz İran da daxil olmaqla, hər kəsin üzünə açıq olacaq:

“Razılaşmasalar, təəssüf ki, keçmişdəkindən daha yüksək səviyyədə və intensivlikdə bombardman başlayacaq”.

Qeyd edək ki, ABŞ İrana 14 maddəlik sülh təklifi göndərib və 48 saat ərzində cavab vermələrini tələb edib.