İran “Axios” portalının ABŞ-la mümkün razılaşmanın yaxın olması barədə məlumatını təkzib edib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə İslamabad danışıqlarında iştirak edən Məhəmməd Mərəndi deyib.

“Axios” Ağ Ev tərəfindən manipulyasiya üçün alətdir. İran Trampın Çinə səfərindən əvvəl mümkün böyük hücuma tam hazırdır”, - o bildirib.

Xatırladaq ki, sözügedən media orqanı bundan əvvəl mənbələrə istinadla ABŞ və İranın Vaşinqtonun şərtləri daxilində razılaşmaya çox yaxın olduğunu yazmışdı.