İran nüvə enerjisini mülki məqsədlər üçün inkişaf etdirmək istəsə belə, uranın zənginləşdirilməsinə ehtiyacı yoxdur.
Sizinxeber.Az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət katibi Marko Rubio çıxış edib.
O qeyd edib ki, dünyada bir çox ölkə elektrik stansiyaları və bu kimi obyektlərə sahibdirlər, lakin uranı zənginləşdirmirlər.
Rubionun sözlərinə görə, İranın uranı zənginləşdirmək istəyi qəbuledilməzdir.