Zənginləşdirilmiş uran məsələsi İranla razılaşmanın bir hissəsi olmalıdır.

Sizinxeber.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp radio-aparıcı Haq Hevitin verilişində deyib.

“Biz məhv etməli olduqlarımızın çoxunu sıradan çıxarmışıq. Biz ya düzgün bir razılaşma əldə edəcəyik, ya da hərbi baxımdan çox asanlıqla qalib gələcəyik. ABŞ müharibəyə qayıtsa, 2-3 həftə ərzində məqsədlərinə nail olacaq”, - Tramp vurğulayıb.

“Bu dəlilər (İran hakimiyyətini nəzərdə tutur) nüvə silahı əldə etməməlidir”, - ABŞ lideri əlavə edib.