Avropa Birliyinin dəstəyini alaraq və qərəzli ritorikadan istifadə edərək müəyyən dairələr tərəfindən Kiprdəki gərginliyi beynəlxalq problem səviyyəsinə qaldırmaq istəyi göz qabağındadır.

Sizinxeber.Az xəbər verir ki, bunu Türkiyə-AB Parlamentlərarası Komissiyasındakı Türkiyə qrupunun sədri İsmayıl Əmrah Karayel Avropa Parlamentində Kiprlə bağlı faktların təhrif olunmasını pisləyərkən bildirib.

Parlament üzvü beynəlxalq ictimaiyyəti Kipr məsələsində prinsipial, ədalətli və aydın mövqe tutmağa çağırıb:

“Kipr türklərini görməzdən gəlmək, onların hüquqlarını saymamaq və ya Lefkoşaya hücum etmək cəhdləri cəzasız qalmayacaq. Bütün tərəflər məsuliyyətlə davranmalı və təxribatçı hərəkətlərdən çəkinməlidirlər”.