Rusiya ordusu Xarkov və Zaporojyedəki qaz obyektlərinə zərbələr endirib.

Sizinxeber.Az xəbər verir ki, bu barədə "Naftoqaz"ın İdarə Heyətinin sədri Sergey Koretski məlumat yayıb.

O qeyd edib ki, artıq ikinci gündür rus hərbçiləri "Naftoqaz"ın infrastrukturuna hücum edir:

“Ötən gün Xarkov vilayətində qaz hasilatı obyekti atəşə tutulub, avadanlıqlar zədələnib. Şirkətin mütəxəssisləri hadisə yerində işləyir.

Bu gün isə aviabombanın düşməsindən sonra Zaporojyedə qaz kəməri zədələnib”.