Pakistan Baş naziri Şahbaz Şəriflə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

Sizinxeber.Az xəbər verir ki, bu barədə Şərif X hesabında paylaşım edib.

Şərif Arakçının İslamabad səfəri barədə Pezeşkiana məlumat verib:

“Bir daha təsdiq etdim ki, dostların və tərəfdaşların dəstəyi ilə Pakistan dürüst və səmimi vasitəçi roluna sadiq qalır - regionda möhkəm sülhün və dayanıqlı sabitliyin təşviqi üzərində yorulmadan çalışır".