İsrail ordusu dünən Livan ərazisində Hizbullahın infrastrukturuna qarşı əlavə hava zərbələri endirib.

Far.Az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.

Məlumata görə, Əl-Qatrani bölgəsində Hizbullahın raket buraxılış mövqeləri vurulub. Həmçinin Beyrutda “Radvan” qüvvələrinə aid komanda mərkəzləri məhv edilib.

Bildirilib ki, əməliyyatlar nəticəsində Hizbullahın idarəetmə, maliyyə və silah imkanlarına ciddi zərbə vurulub.

İsrail ordusu əlavə edib ki, zərbələrdən əvvəl mülki itkilərin qarşısını almaq üçün xəbərdarlıq və dəqiq silahlardan istifadə olunub.