Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində itkin düşüb.

Axar.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov sosial şəbəkədə məlumat yayıb.

Məlumata görə, Tamerlan Rəhman oğlu Qocayev 2025-ci ilin sentyabrında Başqırdıstanda həbs edilib və həbsdən azad olunması üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayaraq, müharibəyə gedib.

Bildirilib ki, Tamerlan müharibəyə gedəndən bir müddət sonra onunla əlaqə kəsilib.