Sizinxeber.az - Azərbaycan Xəbərləri

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.

Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq.

Ağdamda Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib - Fotolar
Ağdam Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

“Sizinxeber.Az” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini, Şəhidlər Xiyabanını və “Şəhidlər” Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu öndərin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşklilatının birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşklilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Zəfərin 6-cı ilinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, Müzəffər ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs ediblər.

Daha sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:

"Cənab Prezident, əziz Qardaşım.

Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.

Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.

Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.

Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.

Vətənlərinin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirələrini hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavan və dinc gələcək arzulayır, ən səmimi diləklərimi çatdırıram".

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.

Sizinxeber.Az President.az-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.

Bu tarixi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və sarsılmaz iradənin parlaq təcəssümüdür. Bu gün Azərbaycan qüdrətli və özünə inamlı dövlət kimi tarixi Zəfərinin bəhrələrini bərpa və yenidənqurma, inkişaf və xalqının davamlı rifahı üçün səfərbər edir. Zati-alinizin uzaqgörən və müdrik rəhbərliyi bu möhtəşəm nəticəyə nail olmaqda mühüm rol oynamışdır.

Pakistan qarşılıqlı inam, ortaq dəyərlər və dərin köklərə malik qardaşlıq əlaqələri üzərində qurulmuş ikitərəfli münasibətlərimizin yüksək səviyyəsi ilə qürur duyur. Azərbaycanla aramızdakı xüsusi münasibətləri yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək öhdəliyimizə sadiq qalırıq.

Məhz bu yanaşmadan çıxış edərək, Zati-alinizin qarşılıqlı razılaşdırılmış münasib tarixdə Pakistana çoxdan gözlənilən səfərini səbirsizliklə gözləyirik. Qəti əminəm ki, Zati-alinizin İslamabada səfəri ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, eyni zamanda strateji və iqtisadi tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi olaraq başlanmasına gözəl fürsət yaradacaqdır.

Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"
"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir".

Sizinxeber.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Zəfər Günü ilə bağlı bəyanatında bildirilib.

Qeyd olunub ki, altı il öncə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Zati-aliləri cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Ermənistanın ölkəmizin ərazilərinin təxminən 30 il davam etmiş işğalına son qoyulmuş, 8 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad edilməsi ilə Vətən müharibəsində Qələbə təmin edilmişdir. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan Respublikasının dövlət suverenliyi tam olaraq bərpa edilib.

"Vətən müharibəsində qazanılmış Zəfər sübut etdi ki, heç bir qüvvə milli birliyi, dövlətçilik əzmini və xalqımızın öz torpaqlarına sahib çıxmaq qətiyyətini sarsıda bilməz.

Son illər Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. "Böyük Qayıdış" proqramı çərçivəsində müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Azərbaycan, həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirir. Ötən dövr ərzində Azərbaycanın Ermənistanla qarşılıqlı etimadın yaradılması istiqamətində atdığı məqsədyönlü və ardıcıl addımlar Cənubi Qafqazın münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilməsinə xidmət edir. Bütün bunlar Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində mümkün olub.

Zəfərimiz tariximizin qüruru, dövlətimizin qüdrəti, xalqımızın əbədi iftixarıdır.

Bu əlamətdar gündə Vətənimizin azadlığı və müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə və müharibə iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.

Zəfər Günümüz mübarək!" - deyə bəyanatda vurğulanıb.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi - Fotolar
Fövqəladə Hallar Nazirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

“Sizinxeber.Az” xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Təntənəli tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri Azərbaycanın gücünü, qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirib.

Nazir Azərbaycanın yaxın tarixinə qısa ekskurs edərək, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi, Ordu quruculuğu istiqamətində tarixi xidmətlərindən danışıb. Bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında Ulu Öndərin ölkə rəhbərliyində olmadığı zamanı tarixi fürsət bilən Ermənistanın millətçi dairələri Azərbaycana qarşı açıq formada əsassız ərazi iddialarına başladılar. Bundan sonra Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası, separatçılıq meyillərinin güclənməsi, Sumqayıt hadisələri və digər terrorçu əməllər ölkəmizi ağır vəziyyətə saldı. Həmin vaxt ölkədə hakimiyyət uğrunda mübarizə, xaos və anarxiya şəraitində Azərbaycan dövlət müstəqilliyini itirmək, qardaş qırğını və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz belə bir məqamda xalq öz Xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyi təmin etdi, parçalanmaq təhlükəsində olan ölkəmizi davamlı inkişaf yoluna çıxardı. Qarabağ probleminin həllini dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, xalqın milli birliyinin və mübarizə əzminin möhkəmləndirilməsi, güclü Ordunun formalaşdırılması istiqamətində misilsiz xidmətlər göstərdi.

Nazir diqqətə çatdırıb ki, altıncı ildönümünü qeyd etdiyimiz tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Silahlı Qüvvələrin möhkəmləndirilməsi və ölkənin müdafiə potensialının artırılması sahəsində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Bu tarixi Zəfər milli kimliyimizin, həmrəyliyimizin, ləyaqətimizin və gücümüzün təcəssümüdür. Əldə olunan Qələbə xalqımızın milli qürur mənbəyi kimi dövlətçilik tariximizdə əbədi yaşayacaq.

Fövqəladə hallar naziri Zəfərlə başa çatan Vətən müharibəsi günlərində FHN-in şəxsi heyətinin də şərəflə xidmət etdiyini xatırladaraq, Nazirliyin cəbhəyanı rayonlarda gördüyü işlərdən bəhs edib. O, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, 44 günlük müharibə dövründə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Nazir işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb. Qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri və görülən işləri birbaşa nəzarətdə saxlamaları sayəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, doğma torpaqlarımıza həyat geri qayıdır.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Raul Qasımov şərəfli döyüş yolundan danışıb, xatirələrini bölüşüb.

Ehtiyatda olan mayor, qazi Süleyman Heydərov çıxış edərək tarixi Zəfərin əhəmiyyətindən bəhs edib, Azərbaycan əsgərinin döyüş ruhundan, xalqımızın həmrəyliyindən və qələbə əzmindən danışıb.

Leyla və Arzu Əliyevalar “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində - Fotolar
“Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib.

“Sizinxeber.Az” AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Çinin Azərbaycandakı səfiri Lu Mey, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və digər qonaqlar iştirak ediblər.

Şənliyin ən yaddaqalan məqamlarından biri uşaqların hazırladıqları rəngarəng bayram proqramı olub. Onların çıxışları, əl işlərindən ibarət yaradıcılıq nümunələri və səmimi təqdimatları qonaqlar tərəfindən böyük maraq və sevgi ilə qarşılanıb.

Çin tərəfindən mərkəzə hədiyyə olunan avadanlıqların təqdimatı isə mərasimin mühüm hissəsini təşkil edib. Yeni avadanlıqlar mərkəzin maddi-texniki imkanlarının genişləndirilməsinə, uşaqların gündəlik qayğısı üçün yaradılmış şəraitin daha da yaxşılaşdırılmasına töhfə verəcək.

Hər bir uşağın eşidildiyi, anlaşıldığı, sevildiyi və özünü təhlükəsiz hiss etdiyi mühitin yaradılması dövlətimizin uşaq siyasətinin və sağlam cəmiyyət quruculuğunun əsas istiqamətlərindəndir.

İran raketlərinin uçuş məsafəsinə qoyulmuş məhdudiyyət ləğv edildi
İran öz raketlərinin uçuş məsafəsinə tətbiq edilən məhdudiyyəti aradan qaldırıb.

Oxu.Az ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhibi məlumat verib.

"İran üçün raketlərin mənzillənmə limiti ləğv edilib", - deyə general bildirib.

SEPAH rəsmisinin sözlərinə görə, İran mövcud təhdidlərə cavab vermək imkanlarını praktikada nümayiş etdirəcək və asimmetrik müharibə şəraitində düşmənə heç gözləmədiyi yerdən zərbə endirmək qabiliyyətinə malikdir.

İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Sizinxeber.Az bununla bağlı President.az-a istinadən xəbər verir.

Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

"general-leytenant" hərbi rütbəsi

general-mayor Zaur Zeynalabdul oğlu Rüstəmova.

"general-mayor" hərbi rütbəsi

polkovnik Elnur Əli oğlu Ələsgərliyə;

polkovnik Hikmət Rövşən oğlu Əliyevə;

polkovnik Telman Əsgər oğlu Hüseynova.

Prezident Ağdama getdi
Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.

“Sizinxeber.Az” xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 6 hektardan çox olan ərazidə xəstəxana kompleksinin əsas binası, əlavə korpuslar, həmçinin yardımçı tikili və qurğular inşa edilir. Xəstəxana kompleksində inzibati bölmə, qəbul və təcili tibbi yardım, terapiya, kardiologiya, cərrahiyyə, travmatologiya-ortopediya, ürək-damar, oftalmologiya, LOR, pediatriya və digər şöbələr fəaliyyət göstərəcək. Burada, həmçinin funksional və uşaq poliklinikaları, klinik diaqnostika laboratoriyası, şüa-diaqnostika, hemodializ, fizioterapiya və tibbi bərpa şöbələrinin yaradılması nəzərdə tutulur. Xəstəxana müasir standartlara cavab verən tibbi avadanlıqla təchiz ediləcək.