İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub – FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Konqres Mərkəzinin layihələndirilən ərazisi 2,2 hektardır. Burada Mərkəzin binası ilə yanaşı, restoran, pavilyon da inşa olunur. Konqres Mərkəzi 605 yerlikdir. Buradakı restoranın isə 240 yerlik olması nəzərdə tutulub.
Bu ərazidə müvafiq yaşıllıq zonaları salınacaq, avtomobillər üçün yerüstü parklanma sahəsi yaradılacaq.
Ekoloji memarlıq konsepsiyasına əsasən, Mərkəzin damı yaşıllıq zolağı və günəş panelləri ilə əhatə olunacaq. Konqres Mərkəzində beynəlxalq və ölkə səviyyəli müxtəlif tədbirlər keçiriləcək.

Sizinxeber.Az

İlham Əliyev Zəngilan Konqres Mərkəzinin tikintisi ilə tanış olub – FOTO

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Giriş Yap

Yandex.Metrica
Giriş Yap

SİZİNXEBER.AZ AZƏRBAYCAN XƏBƏRLƏRİ ayrıcalıklarından yararlanmak için hemen giriş yapın veya hesap oluşturun, üstelik tamamen ücretsiz!