Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Samsung” yeni smartfon təqdim etdi

“Samsung” yeni smartfon təqdim etdi
61 dəfə Baxılıb
29 Sentyabr 2019 - 1:17
Yeni təqdim edilmiş “Galaxy A70S” smartfonun “Galaxy A70″dən əsas fərqi yeni kameradır. Digər xüsusiyyətlərinə görə smartfonlar oxşardırlar.

“Ölkə.Az” “ICTnews”a istinadən xəbər verir ki, üçqat kamera, displeyə quraşdırılmış barmaq izləri skaneri və böyük displeylə təchiz edilmiş “Galaxy A70” modeli qabaqcıl “Galaxy S10” modellərinə oxşardır.

Yenilənmiş “A70s” modeli “Samsung” şirkətinin 64 meqapiksellik kamera ilə edilmiş ilk smartfonudur.

Dəyişikliklər yalnız əsas kamera ilə bağlıdır: 32 meqapiksellik köhnə kamera 64 mp-lik “Samsung ISOCELL Bright GW1” adlı yeni sensorla əvəz edilib. Digər iki kamera əvvəlki kimi qalıb.

Smartfon 1080×2400 piksel təsvir ölçülü 6,7 düymlük Super AMOLED matrisli böyük  displeylə təchiz edilib.

“Galaxy A70S” aparatı “Snapdragon 675” prosessoru, 6/8 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaşla təchiz edilib. “MicroSD” yaddaş kartları üçün slot nəzərdə tutulub. Akkumulyator batareyasının tutumu 4500 milliamper/saatdır.

Smartfon hələ ki yalnız Hindistan bazarı üçün əlçatandır.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]