Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Samsung Galaxy S10”-un bəzi xüsusiyyətləri açıqlandı

“Samsung Galaxy S10”-un bəzi xüsusiyyətləri açıqlandı
12 dəfə Baxılıb
04 Oktyabr 2018 - 14:39

Cənubi Koreya nəhəngi olan “Samsung” mobil şirkətinin rəhbəri yeni “Samsung Galaxy S10” smartfonunun bəzi sirlərini açıb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “AKKet” nəşri yazıb. 

Donq Cin Ko bildirib ki, “Galaxy S10”-un dizaynında çox əhəmiyyətli dəyişikliklər olacaq və nəticədə o, digər smartfonlardan fərqlənəcək. 

Məlumatlara görə, yeni model “barmaq izi” funksiyası və üç kamera ilə təchiz olunacaq. “Galaxy S10”-un qiyməti də digərlərindən yüksək olacaq. 

“Samsung Galaxy S10”-un təqdimat mərasimi fevralın sonunda Barselonada keçiriləcək. 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]