Главная > İKT > Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir
Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini təqdim edir25-07-2024, 16:50. Разместил: Rss Bot Apa |
|
Yeni xidmət şirkətlərə korporativ cihazları vahid həll vasitəsilə effektiv şəkildə idarə etmək imkanı verir İnnovativ məhsulları ilə müştərilərinin kibertəhlükəsizlik imkanlarını gücləndirməyi hədəfləyən Azercell Biznes “Mobil Cihazların İdarə Edilməsi” həllini istifadəyə verir. İş tapşırıqlarının məsafədən yerinə yetirilməsi məqsədi ilə əməkdaşlarını smartfon, planşet, əl terminalları və s. mobil cihazlarla təmin edən şirkətlər bu yenilikdən faydalana biləcək. Yeni həll şirkətdə informasiya təhlükəsizliyinin qorunması, korporativ cihazlar üzərində mərkəzləşdirilmiş idarəetmə və nəzarət sistemi kimi bir çox üstünlükləri özündə cəmləşdirir. Bununla da “Mobil Cihazların İdarə Edilməsi” təşkilatda insan resurslarından səmərəli istifadəni təmin edir və ümumilikdə şirkətdaxili xərclərin optimallaşdırılmasına töhfə verir:
Müştəri məmnuniyyətini hər zaman diqqət mərkəzində saxlayan Azercell Biznes innovativ həlləri ilə abunəçilərinə rəqəmsallaşan biznes mühitində dəstək olmağa davam edəcək. “Mobil Cihazların İdarə Edilməsi” haqqında ətraflı məlumat üçün: Cihazlarınızın təhlükəsizliyi və onlara nəzarət - "Mobil cihazların idarə edilməsi" | Azercell Biznes Вернуться назад |