Главная > İKT > “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda
“Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot nüfuzlu yarışda4-04-2025, 14:30. Разместил: Rss Bot Report |
|
İnnovasiya və sürət lideri “Bakcell”in dəstəyi ilə azərbaycanlı pilot Gülhüseyn Abdullayev 4-6 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək “Gulf Radical Cup” yarışında iştirak edəcək. “Bakcell” brendi altında yarışacaq pilotun avtomobil nömrəsi artıq bəllidir – 55! Sözügedən yarışı 2006-cı ildə əsası qoyulmuş “GulfSport Racing” motosport komandası təşkil edir. Daha ətraflı məlumatı yarışın rəsmi saytına edərək əldə etmək mümkündür. "Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda "Bakcell" 3 milyondan çox müştərini yüksək keyfiyyətli, sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsilə Azərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biridir. Вернуться назад |