Главная > İKT > İnstaqramın fəaliyyətində problem yaranıb
İnstaqramın fəaliyyətində problem yaranıb15-01-2025, 19:30. Разместил: Rss Bot Report |
|
Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur. “Report” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib. 8,7 mindən çox istifadəçi tətbiqin işləməməsindən, serverə giriş problemlərindən şikayət edir. İnstaqramın işindəki nasazlıqlardan ən çox ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransanın sosial şəbəkə istifadəçiləri şikayət edirlər. Вернуться назад |