Главная > İKT > Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək
Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək8-08-2024, 16:50. Разместил: Rss Bot Apa |
|
Azərkosmos Cənubi Afrikada yerləşən Botsvana dövlətinin Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə bildirilib ki, sözügedən dövlət qurumu ilə imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq. Qeyd edək ki, “Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir. Azərkosmos təkcə Cənubi Afrikada yerləşən 13 dövlətdən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək. Вернуться назад |