Ölkədə mobil vasitələrin və ya masaüstü kompüterlərin bazar payı məlum olubSizinxeber.az – Azərbaycan Xəbərləri

7 Mart 2021 - 11:05

Ölkədə mobil vasitələrin və ya masaüstü kompüterlərin bazar payı məlum olub

Ölkədə mobil vasitələrin və ya masaüstü kompüterlərin bazar payı məlum olub
ƏLAVƏ OLUNUB :

01 Fevral 2021 - 13:49

Ölkədə mobil vasitələrin və ya masaüstü kompüterlərin bazar payı məlum olub
Ölkədə mobil vasitələrin bazar payı cüzi də olsa artıb.
Oxu.Az-ın “Global Stats”dan əldə etdiyi məlumata əsasən, yanvar ayında mobil vasitələr istifadəçilərinin sayına görə bazarda masaüstü kompüter və tebletlərə nisbətən daha çox paya sahib olub və ötən ay onun istifadəçilərinin sayı 0,36 faiz bənd artıb.
Belə ki, ötən ay ərzində mobil vasitələrin bazar payı 61,56 faiz təşkil edib. 2020-ci ilin dekabr ayında isə bu vasitələrin bazar payı 61,2 faiz olub.
Müvafiq dövrdə masaüstü vasitələrin bazardakı payı isə 37,35 faiz təşkil edib və 2020-ci ilin dekabr ayı ilə müqayisədə onun istifadəçilərinin sayı 0,32 faiz bənd azalıb.
Azərbaycan bazarlarında tablet istifadəçilərin sayı isə 1,09 faiz təşkil edib. Dekabr ayının göstəriciləri ilə müqayisədə onların bazar payı 0,04 faiz bənd azalıb.

YORUM YAP

Bu yazı yorumlara kapatılmıştır.