Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Instagram”da çoxdan gözlənilən – DƏYİŞİKLİK

“Instagram”da çoxdan gözlənilən – DƏYİŞİKLİK
16 dəfə Baxılıb
23 Sentyabr 2019 - 0:38

Dünyanın ən məşhur sosial media platforması olan “Instagram”da çoxdan gözlənilən dəyişiklik istifadəyə verilib. Yeni dəyişikliklə artıq paylaşımları planlaşdırmaq mümkün olacaq.

Xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik “Facebook”un Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb.

Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər.

Bəs “Instagram” üzərindən paylaşımları necə planlaşdırmaq olar?

Bunun üçün “Facebook”da qeydiyyatda olmaq lazımdır. Ardınca “Instagram” səhifənizi açıb “Paylaşım yarat” seçimini etmək tələb olunur. Burada qarşınıza “Zamanla” seçimi çıxır. Bu seçimlə postunuzu istənilən tarixə planlaşdıra bilərsiniz.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]