Sizinxeber.az – Azərbaycan Xəbərləri

Hakerlər WhatsApp yazışmalarına yol tapıblar

Hakerlər WhatsApp yazışmalarına yol tapıblar
11 dəfə Baxılıb
11 Oktyabr 2018 - 0:04

WhatsApp messencerindəki zəifliyin hakerlərə istifadəçilərin akkauntlarına və yazışmalarına yol tapmağa imkan verdiyi aşkarlanıb.

Oxu.Az The Register nəşrinə istinadən verdiyi məlumata görə, bu, istifadəçilərin görüntülü zənglərə cavab verdikləri an mümkün olurmuş. 

Problem iOS və Android əməliyyat sistemləri üzərində çalışan qurğulara aiddir. 

WhatsApp messencerindəki zəiflik avqustun sonunda aşkarlanıb. Oktyabrın əvvəlində isə WhatsApp-ın sahibi olan “Facebook” şirkəti problemin aradan qaldırıldığını bəyan edib. 

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]