Sizinxeber.az – Azərbaycan Xəbərləri

“Facebook”a haker hücumu: 50 milyon akkaunt təhlükədə

“Facebook”a haker hücumu: 50 milyon akkaunt təhlükədə
12 dəfə Baxılıb
30 Sentyabr 2018 - 0:57

“Facebook” sosial şəbəkəsinə kiber hücum olub.

Oxu.Az xəbər verir ki, hücum 50 milyondan çox istifadəçiyə problem yaradıb.

Sosial şəbəkənin təhlükəsizlik bölməsinin rəhbəri Qay Rozen bildirib ki, hakerlər “View As” funksiyası ilə bağlı kodda olan boşluqdan yararlanıblar.

Nəticədə hakerlər istifadəçilərə login və şifrəni hər dəfə daxil etmədən səhifəyə girmək imkanı verən  “Access tokens” markerlərini oğurlayıblar.

Bu üzdən sosial şəbəkənin rəhbərliyi 90 milyon səhifənin şifrələrini dəyişmək məcburiyyətində qalıb. Həmçinin müvəqqəti olaraq “View As” funksiyası deaktiv olunub.

© Sizinxeber.az, 2016—2019Məlumatdan istifadə etdikdə istinad mütləqdir. (055) 501-17-11, [email protected]