Azərbaycanın Ümumdünya Poçt İttifaqının iki Şurasına namizədliyi irəli sürülüb
sizinxeber.az xəbər saytı

Azərbaycanın Ümumdünya Poçt İttifaqının iki Şurasına namizədliyi irəli sürülüb


Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) İdarəetmə Şurasına, eləcə də Poçt Əməliyyatları Şurasına 2026-2029-cu illər üçün namizədliyi irəli sürülüb.

Bu barədə “Report” Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, bu, sentyabrın 7-19-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək ÜPİ-nin 28-ci konqresi ilə bağlı bu yaxınlarda Bakıda keçirilən hazırlıq tədbirində baş verib.

Hazırlıq tədbirində “Azərpoçt” MMC-ni İdarə Heyətinin vəzifəsini icra edən İsi Mustafayev və İdarə Heyətinin üzvü Elgün Rəsulov təmsil edib.

Oxşar xəbərlər

Azərbaycanın Ümumdünya Poçt İttifaqının İdarəetmə Şurasına namizədliyi nəzərdən keçiriləcək
Ümumdünya Poçt İttifaqının Avropa və MDB üzrə yeni Regional İnkişaf Planı hazırlanır
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
ÜPİ: Poçt sahəsində rəqəmsal dövrə keçid üçün beynəlxalq əməkdaşlıq vacibdir
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle